Qurumlar arasında səlahiyyət bölgüsü aydın deyil

22.09.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Bələdiyyə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya Nazirliyi və digər qurumlar arasında səlahiyyət bölgüsü aydın deyil”.

Gununsesi.info-nun xəbərinə görə, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bildirib.

“Heç birinin 24 saat işləyən, dərhal sahəyə çıxan mobil ölçmə qrupu yoxdur. Cərimələr də ya minimal məbləğdədir, ya da nadir hallarda tətbiq olunur. Bu da böyük tikinti şirkətləri üçün “gözlənilən xərc” kimi qəbul edilir və çəkindirici təsir göstərmir”,-deyə deputat əlavə edib.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью