Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Azərbaycan 44 günlük müharibədə qələbənin dördüncü ildönümünü qeyd edir.
2020-ci il noyabrın 8-də Ermənistanın işğal etdiyi ərazilərin böyük hissəsini geri qaytaran Azərbaycan Ordusu Qarabağın incisi olan Şuşa şəhərini azad edib.
Bu barədə "Caliber" "Youtube" kanalının növbəti süjetində deyilir.
"O unudulmaz gündən nə qədər çox illər keçsə, biz bu hadisəyə bir o qədər öyrəşmiş oluruq.
Digər tərəfdən, nə qədər çox vaxt keçsə, bunun mahiyyəti bir o qədər aydın görünür.
Yolumuzdan kənarlaşdırdığımız daşın ağırlığını anlamaq üçün sonrakı hadisələrə nəzər salmaq kifayətdir.
2021-ci ilin iyununda tarixi mənasına görə misli görünməmiş bir sənəd - Şuşa Bəyannaməsi imzalandı və ona əsasən iki qardaş dövlət - Azərbaycan və Türkiyə bir-birinə təkcə mədəni-iqtisadi deyil, həm də hərbi-siyasi bağlarla bağlandılar.