Qürur tariximiz Zəfər Günü | Icma.az
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan möhtəşəm tarixi gününün - 8 Noyabr Zəfər Gününün dördüncü ildönümünü qeyd edir.
Ermənistanın 30 ilə yaxın davam etmiş hərbi təcavüzünə son qoyulması böyük tarixi salnaməmizdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı azad etməsi Zəfər tariximizi yazdı, həm də bu qələbə beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi idi.
BMT Təhlükəsizlik Şurasının on illərlə kağız üzərində qalmış qətnamələrini Azərbaycan icra etmiş oldu.
"Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir.
Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq." – deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir.
İllərlə görülən işlər, həyata keçiriləən tədbirləər artıq öz sözünü demişdir.
Tam oxu
Xəbəri oxu