Quruzeta: Qarabağ üzərində qələbə sayəsində Çempionlar Liqasında ambisiyalarımızı yaşatdıq

23.10.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Atletik”in hücumçusu Qorka Quruzeta Çempionlar Liqasının üçüncü turunda “Qarabağ” üzərində evdə qazandıqları 3:1 hesablı qələbəni şərh edib. 

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, Ağdam klubu ilə matçda dubl edən futbolçu komandasının qalibiyyətindən məmnunluğunu bildirib:

“Xəyalımız real oldu. Bu, hər kəs üçün qələbədir. “San Mames”dəki ab-hava sadəcə möhtəşəm idi. Xoşbəxtlikdən, mütləq qalib gəlməli olduğumuz matçda 3 xal qazana bildik. "Qarabağ" üzərində qələbə sayəsində Çempionlar Liqasında ambisiyalarımızı yaşatdıq".
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью