Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Quşçuluq sektorunun inkişafı istiqamətində yeni müasir quşçuluq damlarının qurulması və mövcud damların modernləşdirilməsi, müasir kəsimxanaların yaradılması, torpaq təyinatı ilə bağlı mövcud çətinliklərin aradan qaldırılması, damazlıq işinin təşviq edilməsi, həmçinin quşçuluq müəssisələrinin kommunal xidmətlərə (elektrik, qaz) qoşulma xərclərinin subsidiyalaşdırılması kimi tədbirlər nəzərdə tutulub".
"Unikal" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Nazir müavini bildirib ki, bununla da, 2030-cu ilədək istehsalın təqribən 30% artırılması hesabına quş əti ilə özünütəminetmənin yaxşılaşdırılması hədəflənir.
Qeyd edək ki, mətbuat konfransı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunub.
Anar Kəlbiyev