Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avstraliyada yenidən quş qripinin geniş yayılması müşahidə edilir.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, Viktoriya ştatında, "H5N1" quş qripi ştammına yoluxma hallarının davamlı artmasından sonra quşların qapalı məkanlarda saxlanması qərarı verilib. Viktoriya ştatı hökuməti ölkədə bu tədbiri tətbiq edən ilk bölgə olub və quşları qapalı məkanlarda saxlayıb.
Tədbir Melburn metropoliten ərazisində, sahil bölgələrində və bəzi qonşu ərazilərdə 50 və ya daha çox quş heyvanı olan şəxslərə şamil ediləcək. Qadağa 14 gün davam edəcək.
Bildirilib ki, tədbir quşların vəhşi təbiətlə təmasda olmasının qarşısını almaq üçün həyata keçirilir və hökumət bu tədbirin xəstəliyin yayılmasının qarşısını alacağına ümid edir.
Avstraliyanın baş baytar həkimi Bet Kukson Viktoriyada 20 yeni müsbət yoluxma halının aşkarlandığını və bununla da Avstraliyada təsdiqlənmiş yoluxma hallarının ümumi sayının 175-ə çatdığını bildirib.
Avstraliyada quş qripi virusunun "H5N1" ştammının yaratdığı ilk şübhəli yoluxma halı 19 iyunda aşkar edilib və 29 iyulda xəstəliyin vəhşi quşlar arasında da yayıldığı müəyyən edilib.
Anar