Quş uşaq əlini məktəbin həyətinə ATIB

26.02.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İrlandiyanın Dublin şəhərində bir quş uşağa aid olan əli məktəbin qarşısında atıb.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, dəhşətli tapıntı barədə məlumat alan polis əməkdaşları həyəti mühasirəyə alıb və əzaya baxış keçiriblər.

Hüquq-mühafizə orqanları bunun 12 yaşlı oğlana aid olduğundan şübhələnirlər.

Bir gün əvvəl uşaq yanan ocağın yaxınlığında olarkən əlində tutduğu qaz balonu partlayaraq əlini qoparıb. Uşaq təcili xəstəxanaya yerləşdirilib. Ehtimal olunur ki, quş partlayış nəticəsində atılan əzanı hadisə yerində götürüb.

Uşaq sağdır. Hazırda Mater Hospitalda müalicəsi davam edir.

Hadisə ilə bağlı araşdırma gedir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью