Qusar Dövlət Ləzgi Dram Teatrında Çingiz Aytmatovun “Cəmilə” povesti səhnələşdirilib

07.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qusar, 7 may, Elxan Yusifli, AZƏRTAC

Qusar Dövlət Ləzgi Dram Teatrında Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanan tamaşanın premyerası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı isə Fərəh Pirməmmədovadır.

“Cəmilə” əsəri qırğız yazıçı Çingiz Aytmatovun, doğulub boya-başa çatdığı Talas vadisinin tarixi xüsusiyyətlərini və mədəniyyətini özündə əks etdirir. Tamaşada cərəyan edən hadisələr İkinci Dünya müharibəsi illərini əhatə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью