Qusar klubuna texniki məğlubiyyət verilib | Icma.az
Icma.az, Report.az portalına istinadən məlumat verir. AFFA İntizam Komitəsi II Liqa təmsilçisi "Qusar"a texniki məğlubiyyət verib.
"Report" xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
II Liqada XIII turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb.
Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub həmçinin 300 manat cərimə edilib.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu