Qusar məktəblilərindən COP29la bağlı maraqlı fləşmob VİDEO

09.11.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

COP29 ərəfəsində Qusar şəhərindəki Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbin şagirdləri maraqlı bir fləşmob hazırlayıb.
Bizim.Media xəbər verir ki, başlarına yaşıl ləçək bağlamış 120 nəfər məktəbli qız tədris ocağının həyətində “COP29” sözünü əks etdirib.
Bununla da Qusar məktəbliləri ölkədə keçirilən dünya əhəmiyyətli bu beynəlxalq konfransa öz dəstəklərini bildirib və həmrəy olmalarını nümayiş etdiriblər. Görüntüləri məktəb rəhbərliyi Bizim.Media-ya təqdim edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью