Qusar qəzasında Rusiya vətəndaşı HƏLAK OLDU

07.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, hadisə Samur–Şirvanovka avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb.
İyulun 6-sı, səhər saat 05:07 radələrində Rusiya Federasiyası vətəndaşı, 24 yaşlı Rukmitdin Mustafayevin idarə etdiyi "Volvo" markalı yük avtomobili hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxıb. Nəticədə avtomaşın yolun kənarına çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü avtomobilin kabinəsində sıxılıb və aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью