Qusar rayonunun yaşayış məntəqələrinin cəmi 57 faizi qazlaşdırılıb

26.11.2024

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Dövlət büdcəsi hər ölkənin iqtisadi maraqlrının göstəricisi olan sənəddir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisə çıxışı zamanı deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bütün göstəricilər nəzərə alınaraq hazırlanıb: "Dövlət büdcəsi investisiya maraqlarının yaxşılaşdırılması məqsədi daşıyır. 2025-ci ilin dövlət büdcəsi insanların həyat şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. Burada uzunmüddətli hədəflər də nəzərə alınmışdır.

Onu da bildirim ki, Qusar rayonunun yaşayış məntəqələrinin cəmi 57 faizi qazlaşdırılıb".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью