Qusar stadionunun məyusedici vəziyyəti Video

13.11.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qusar stadionunun məyusedici vəziyyəti - Video

Qusar rayonunu təmsil edən "Şahdağ-Qusar" klubu birinci liqada uğurlu çıxışı ilə fərqlənir.

QOL.az xəbər verir ki, komanda 7 turdan sonra 18 xalla turnir cədvəlinin lideridir. Əgər mövsümün sonunda da qusarlılar turnir cədvəlində birinci yeri tutsalar, bu halda biz onları yeni mövsümdə artıq Premyer Liqanın iştirakçıları arasında görə biləcəyik.

Amma təəssüf ki, Qusarda çoxları komandalarının ev oyunlarını doğma şəhərlərində izləmək imkanından məhrumdur. Buna səbəb isə Şövkət Orduxanov adına stadionun acınacaqlı vəziyyətdə olmasıdır. Bu səbəbdən "Şahdağ Qusar" rəqiblərini Bakının Binə qəsəbəsində qəbul edir.

Düzdür, arenada bir müddət təmir işləri aparılıb, lakin sonradan yarımçıq dayanıb. Bu ilin may ayında rəsmi qurumlar tərəfindən bildirilmişdi ki, baxımsız vəziyyətə düşən arenada tezliklə təmir işləri bərpa olunacaq və Şövkət Orduxanov adına stadion 2027-ci ilin avqustuna qədər hazır olacaq. Bu məqsədlə əraziyə baxış da keçirilmişdi.

Amma bu gün arenada çəkiliş aparan QOL.az saytının müxbiri şahid olub ki, təmirdən əsər-əlamət yoxdur. Əksinə, meydançanı kol-kos basıb, tribunalarda işlər də yarımçıq qalıb. 

Odur ki, təmir işlərinə tezliklə başlanılmasa, şübhəsiz ki, "Şahdağ Qusar" azarkeşləri yeni mövsümdə də komandalarının oyunlarını başqa şəhərlərdə izləmək məcburiyyətində qalacaqlar. 

Qusar stadionunun bu günkü durumu

Посмотреть эту публикацию в Instagram

Публикация от QOL.az - Football/sports news (@qolaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью