Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Regional İnsan Hüquqları və Media Mərkəzi Qusar rayonunda ehtiyacı olan şəxslərə hüquqi konsultasiya xidməti göstərilməsini təşkil edib.
Xidmət təşkilatın “Konstitusiya və Suverenlik İli”ndə icra etdiyi “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub.
Qusar Gənclər Evinin akt zalında təşkil olunan tədbirə Qusar rayonundan olan 20 nəfər qatılıb.
Həmin şəxslər şəhid ailəsi üzvləri, müharibə veteranları və müharibə iştirakçıları olub.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verib.
Layihə rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarının ərazisini əhatə edir.
Onlayn formada isə Azərbaycanın digər ərazilərindən də müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəririk.