Qusarda alma yığımına başlanılıb KONKRET

18.09.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Qusarda alma yığımına başlanılıb. Ötən ildən fərqli olaraq bu il rayonda məhsul bol və keyfiyyətlidir. 

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, fermerlərin sözlərinə görə, hava yağıntılı olsa da, məhsulu vaxtından tez yığa bilirlər:

“Bu il bolluqdur, 16 mindən çox alma toplamışıq”.

Bazarda isə alma alıcılara 1 – 1.50 manata təklif olunur. Satıcılar məhsulun bol olduğuna görə qiymətlərin ucuzlaşmasını da ehtimal edirlər. Alıcılar da qiymətdən razılıq edirlər.

Qeyd edək ki, alma yığımı noyabrın sonunadək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью