Qusarda avtomobil yanıb | Icma.az
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Qusarda yanğın olub. Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, rayonunun Yuxarı Ləgər kəndində həyətyanı sahədə ümumi sahəsi 30 m² olan talvarın altında dayanan “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Talvar və altında yığılan odun yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu