Qusarda bədbəxt hadisə 33 yaşlı kişi tüstüdən öldü

12.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Müslümov Ramik Carulla oğlunun tək yaşadığı Qusar rayonunun Aşağı Ləgər kəndində yerləşən fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində kəskin qoxulu tüstüdən yatdığı yerdə boğularaq ölüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью