Qusarda çempionu bəlli olub

05.06.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qusar rayon İmamqulukənd kənd futbol meydançasında rayonun kənd komandaları arasında futbol idman növü üzrə Qusar rayon birinciliyinin final oyunu keçirilib.

İdman.biz Shimalnews.az istinadən xəbər verir ki, yarışlarda rəsmi şəxslərlə yanaşı, futbol üzrə məşqçi-müəllimlər, tərkibi 18 nəfər olmaqla futbol komanda iştirakçıları və 2000-dən yuxarı azarkeş iştirak edib.

Gərgin mübarizə şəraitində keçən oyunda Köhnə Xudat Qazmalar və Bədişqala kənd komandalarının qarşılaşması 2:1, birincilərin xeyrinə bitib.

Nəticədə Köhnə Xudat Qazmalar kənd futbol komandası I yer, Bədişqala kənd futbol komandası isə II yerə layiq görülüb.
Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsi və təşkilatlar tərəfindən müvafiq diplom, medal, kubok və pul mükafatı ilə təltif ediliblər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью