Qusarda cüdo məşqçiləri üçün təlim FOTO

26.08.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qusarda peşəkar inkişaf proqramı çərçivəsində Azərbaycan Cüdo Federasiyasının rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında “Sosial media və marketinq” mövzusunda təlim keçirilib.

İdman.biz xəbər verir ki, sessiya zamanı məşqçilər və klubların sosial şəbəkələrdə özlərini necə təqdim etməli olduqları müzakirə edilib.

Müsbət və mənfi nümunələr təhlil olunub, sosial medianın düzgün istifadəsi ilə yeni idmançıların cəlb edilməsi, ictimai etimadın formalaşdırılması, valideynlərlə effektiv ünsiyyətin qurulması və klubun brend kimi inkişaf etdirilməsi yolları izah olunub.

Qeyd edək ki, peşəkar inkişaf proqramına şimal və cənub bölgələrindən ümumilikdə 35 məşqçi qatılıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью