Qusarda əcnəbiləri daşıyan mikroavtobus aşdı: 8 nəfər...

27.06.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Qusar rayonunda yol qəzası baş verib.

Axar.az xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью