Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.
Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.