Qusarda evin tək oğlunu sel apardı VİDEO

05.04.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Qusarda 29 yaşlı kişini sel apardı.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Gündüzqala kənd ərazisindən keçən Quru çaya sel gəlib.Həmin kəndin sakini, 29 yaşlı Farik Rəsulovu sel aparıb.
Hadisədən dərhal sonra ərazidə axtarışlara başlanılıb. Müvafiq qurumların əməkdaşları itkin düşən şəxsin meyitini aşkarlayıb.

Mərhumun qohumu bildirib ki, Farik Rəsulov çaya gələn seli izləyərkən sel onu aparıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью