Qusarda hostel, kafe və avtoyuma məntəqəsi yanıb

03.02.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Qusar, 3 fevral, Elxan Yusifli, AZƏRTAC

Fevralın 3-ü günorta saatlarında Qusar şəhərinin Heydər Əliyev prospektində yanğın qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın Maqsud Əhmədova məxsus bir dam altında tikilən ümumi sahəsi 450 kvadratmetr olan avtoyuma, kafe, hostel və dönərxananın yerləşdiyi obyektdə baş verib.

Hadisə yerinə Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə avtomobili və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində avtoyuma məntəqəsinin tavanı və ona bitişik sahə, 8 otaqdan ibarət bir mərtəbəli hostelin və kafenin yanar konstruksiyaları, dönərxananın dam örtüyü yanıb. Ümumilikdə, yanğın 277 kvadratmetr sahəni əhatə edib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью