Qusarda ikimərtəbəli ev yanıb

03.12.2024

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qusar rayonunun Yasab kəndində ümumi sahəsi 450 m² (hər mərtəbəsi 225 m²) olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsində bir otağın və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью