Qusarda maşın 2 şagirdi vurdu KONKRET

13.01.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Qusar şəhərində məktəblilərin vurulması ilə nəticələnən qəza olub.

KONKRET.az xəbər verir ki, maşın 2 nömrəli məktəbin qarşısında yolu keçmək istəyən 2 şagirdi vurub.

Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью