Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb

18.08.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qusar, 18 avqust, AZƏRTAC

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bədirqala kəndində qeydə alınıb. Bakıdan anası ilə birlikdə kəndə qonaq gələn 4 yaşlı Əliyev Yaqub Samət oğlu avtobusdan düşüb yolu keçmək istəyərkən “QazEl” markalı avtomobilin qarşısına çıxıb. Qəza zamanı ağır xəsarətlər alan yaralı Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümükün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Elxan Yusifli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью