Qusarda məhv edilən silahlı ilə bağlı yeni faktlar

17.12.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qusarda məhv edilən silahlı ilə bağlı yeni faktlar məlum olub. 

Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış.

Alnında İŞİD bayrağı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. Sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı Şıxmətov silahla müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb.

Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью