Qusarda məktəbliləri vuran avtomobilin sürücüsü MƏLUM OLDU

13.01.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Qusarda iki məktəbli qızı yolu keçərkən vurmuş avtomaşının sürücü məlum olub.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, bu, "Nissan Altima" markalı avtomaşının sürücüsü 19 yaşlı Amir Murad oğlu Salahovdur.
Qeyd edək ki, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.
Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью