Qusarda Nissan Kamaz la toqquşdu: Yaralananlar var

22.08.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qusar rayonunda iki avtomobil qəza törədib.

"Unikal"ın məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunun Çiləgir kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Nissan Tiida" ilə "Kamaz" markalı yük avtomobili toqquşub. 

Hadisə nəticəsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məcidov İbrahim Qabil oğlu  və Zərdab rayon sakini, 1990-cı il təvəllüdlü Vəliyev Dilqəm Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью