Qusarda selin dağıtdığı yol bərpa edildi VİDEO

15.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrində sel və leysan yağışlarının vurduğu ziyan aradan qaldırılıb. Ərazidə bərpa işləri yekunlaşıb, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Yeni Sabah"a məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən aparılan işlər çərçivəsində sel nəticəsində zədələnmiş yol yatağı bərpa olunub, yeni dəmir-beton suötürücü qurğu inşa edilib. Həmçinin ərazidə möhkəmləndirmə və mühafizə tədbirləri həyata keçirilib. pizza hut

Görülən tədbirlər nəticəsində yolun zədələnmiş hissəsində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunub.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью