Qusarda təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşub

03.09.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerıi bürosunun xəbərinə görə, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində qeydə alınıb. Təcili tibbi yardım avtomobili ilə yük maşını toqquşub.

İlkin məlumata görə, xəsarət alan olmayıb, təcili tibbi yardım avtomobilinə ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью