Qusarda vətəndaşların sosial müdafiə ilə bağlı müraciətləri dinləniləcək

13.10.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 oktyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov oktyabrın 22-də Qusarda Qusar və Quba rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar oktyabrın 13-17-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью