Qusarda yeniyetmələrin şahmat olimpiadası

05.08.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxış edərək qonaqları və yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov qeyd edib ki, dünya şöhrətli şahmatçılar da məhz belə kütləvi yarışlardan başlayaraq təcrübə toplayır və böyük ustadlar kimi yetişirlər. O, əminliklə bildirib ki, Qusarda keçirilən olimpiada gənc şahmatçıların yaddaşında unudulmaz iz qoyacaq.

Yarışın baş hakimi Azər İbrahimov qeyd edib ki, avqustun 11-də başa çatacaq olimpiada A və B qrupları üzrə 11 turdan ibarət olacaq. A qrupunda 2010-2015-ci il təvəllüdlü, yəni 11-16 yaşlı şahmatçılar, B qrupunda isə 2016-cı il təvəllüdlü və daha kiçik, yəni 10 və daha kiçik yaşlı şahmatçılar qüvvələrini sınayacaqlar.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью