Qusardan olan bacıqardaş da qəzada həyatını itirib

26.12.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təyyarə qəzasında ölənlərdən iki nəfəri Qusar sakindir.

“Qafqazinfo”nun məlumatına görə, onlar Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş olan 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də həlak olublar.

Faktı Qusar Rayon İcra Hakimiyyətindən təsdiq ediblər.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 nəfəri sərnişin, 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub. Onlardan 38 nəfəri həlak olub, 29 nəfəri sağ qalıb.

Mübariz Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью