Qusarın Gican kəndində səyyar tibbi xidmət təşkil olundu FOTO

01.09.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Qusar rayonunun Gican kəndində əhali üçün səyyar tibbi xidmət həyata keçirilib.
Bu baradə Bizim.Media-nın yerli bürosuna Qusar rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, aksiya çərçivəsində kənd sakinlərinə müxtəlif ixtisaslı həkimlərin iştirakı ilə müayinə və məsləhət xidməti göstərilib.
Səyyar tibbi xidmət zamanı ümumilikdə 30 nəfər vətəndaş müayinədən keçmiş, onların 5-i laborator analizlərə cəlb olunmuşdur. Əlavə olaraq, sakinlər terapevtik, pediatrik, oftalmoloji, lor və nevroloji xidmətlərdən də yararlanmış, bu istiqamətlər üzrə ümumilikdə onlarla şəxsə tibbi yardım göstərilmişdir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью