Qusarın Laza kəndində yenidən palçıq və lil axını müşahidə olunub

03.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qusar, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-ü səhər saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq ərazidən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub.

Qusar rayon Fövqalədə Hallar Komissiyasının sədri Şahid Fərəməzov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, palçıq axını kəndin yollarına və təsərrüfata ziyan vurmayıb.

“İndi Laza kəndindən qayıdıram. Əraziyə baxış keçirdik. Bu dəfə palçıq axını az müşahidə olunub. Artıq azalıb. Kənddə heç bir fəsada yol açmayıb”, - deyə Ş.Fərəməzov söyləyib.

Laza kəndində analoji təbiət hadisələri ötən ilin iyun və oktyabr aylarında da müşahidə olunub. Həmin vaxt palçıq axını kəndin yollarına və təsərrüfata ciddi ziyan vurmuşdu.

“Şəlalələr diyarı” adlandırılan Laza kəndi Azərbaycanda xarici turistlərin ən çox səyahət etdikləri turizm məkanlarındandır.

Müxbir - Elxan Yusifli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью