Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
“Şurabad Broyler” ASC-nin səhmdarları şirkətə məxsus əmlak kompleksinin satılması məsələsini müzakirə edəcəklər. Kompleks Xızı rayonunun Şurabad qəsəbəsində yerləşir.
Marja.az şirkətin elanına istinadən xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı 14 dekabr 2026-cı il saat 11:00-da keçiriləcək. Əmlak kompleksinin satılması yığıncağın gündəliyində göstərilən yeganə məsələdir.
Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə, ev 111, 113, 99, 101, 103, 105, 107, 109, mənzil 12 ünvanında keçiriləcək.