Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
6 illik həbsdən sonra yeni ittihamla 9 il əlavə həbsə məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev Ali Məhkəməyə müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Quska” yüksək instansiyadan bəraət istəyir.
Kassasiya şikayətinə baxılan gün Hüseyn Abdullayev haqda son qərar veriləcək. Hələlik iclas vaxtı bilinmir.
Xatırladaq ki, “Quska” 2024-cü ildə-cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlarla təkrar cinayət məsuliyyətinə cəlb edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi hökmü dəyişməyib.
Sail Ağasəlim