“Quska”dan təsirli şeir:”Ölümlə qalımın ortasındayam…”

23.02.2026

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Hazırda həbsdə olan “Quska” ləqəbli  sabiq deputat Hüseyn Abdullayev həbsxana həyatına dair şeir yazıb.

Gununsesi.info-nun  yaxınlarından əldə etdiyi həmin şeirdə sabiq deputat bugün yaşadığı əzablı həyatından bəhs edib.

Hüseyn Abdullayev yazır:

Taqətim yox olmuş, tükənmiş gücüm

Bu haqsız dünyaya qalmayıb sözüm.

Nə səbrim çarədir, nə hədsiz dözüm

Ən çətin yolların ortasındayam. 

Vicdanım tərtəmiz, hiss etmədizmi?

Gör kimə zülm etdiz, heç dəyərdimi?

Keçmişim, gəncliyim heç bilərdimi?

Ölümlə qalımın ortasındayam.

Onu da qeyd edək ki, Hüseyn Abdullayev Heydər Əliyevin hakimiyyətə qayıdışında xüsusi fəallığı olan, sonrakı dönəmlərdə hakimiyyətin qatı müdafiəçilərindən biri kimi tanınsa da ikinci dəfə həbs həyatı yaşadı.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью