Icma.az bildirir, Gununsesi portalına istinadən. Dünən xalqımız Zəfər Gününü qeyd etdi.
Bu tarixi günə sevinsəm də, həm də kədərli anlar yaşadım. Çünki Azərbaycan dövləti və Ulu Öndər qarşısında misilsiz xidmətləri olan oğlum Hü
Bu sözləri Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva bildirib.
Onun sözlərinə görə, dünən də övladını həbsxanada ziyarətə gedib: “Hər dəfə onu görəndə ölüb-dirilirəm.
Hüseynin heç bir günahı yoxdur, amma 7 ildir ki, bayram keçirməyə həsrət qoyublar. Yaşımın bu çağında həbsxana qapıları arxasında qalmışam.
Azərbaycan Prezidentindən xahiş edirəm ki, oğlumu azadlığa buraxsınlar.
Təkrar edirəm, onun heç bir günahı yoxdur və bu dövlət, Ulu Öndər, Cənab Prezident qarşısında xidmətləri olub.”,- deyə o, əlavə edib.
Zeynəb Abdullayeva həmçinin Hüseyn Abdullayevin vəziyyətinin ağır olduğunu bildirib: “Hüseynin vəziyyəti də hazırda çox ağırdır.