Qusma, ishal, halsızlıq… Bu virus uşaqlara necə yoluxur? | Icma.az
Icma.az, Axar.az saytına istinadən bildirir. Uşaqlarda rotavirus infeksiyası hər il, xüsusilə yanvar-fevral aylarında və yay mövsümündə geni
Bununla belə, ilboyu da müşahidə oluna bilər. Xəstəlik əsasən çirklənmiş qidalar, xəstə uşaqların əşyaları və yay aylarında hovuz, çimərlik
Bu sözləri Axar.az-a açıqlamasında pediatr Qoşqar İsmayılov son günlərdə uşaqlar arasında rotavirus infeksiyası barəsində danışarkən deyib.
“Rotavirus infeksiyasının əsas əlamətləri qusma, hərarətin yüksəlməsi, qarın ağrıları və ishaldır.
Simptomlar gün ərzində 1-2 dəfə qusmadan 5-10 dəfə qusmaya qədər dəyişə bilər.
İshal isə 1-2 dəfədən 6-7 dəfə və hətta 10-15 dəfə baş verə bilər”, - o bildirib.
Pediatr xəbərdarlıq edir ki, belə bir vəziyyət yaranarsa, valideynlər mütləq uşaqlarını həkimə aparmalıdırlar: “Çünki vaxtında həkimə müraciət olunmadıqda bədəndə susuzlaşma (dehidratasiya) baş verə bilər ki, bu da uşaqlarda halsızlığa, hərarət fonunda iştahsızlığa və ağırlaşmaya səbəb ola bilər.
Buna görə də həkimin tövsiyələrinə əməl etmək vacibdir. Rotavirus infeksiyasının əsas törədiciləri rotaviruslar, adenoviruslar və norovirusl
Tam oxu
Xəbəri oxu