Quşun mühərrikə dəyməsi nəticəsində alovlanan təyyarə məcburi eniş edib VİDEO

14.12.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir.

Quşun mühərrikə dəyməsi nəticəsində alovlanan təyyarə məcburi eniş edib - VİDEO

"American Airlines"ın La-Quardia hava limanından qalxan təyyarə quşun mühərrikinə dəyməsi nəticəsində təcili eniş etməli olub. Sərnişinlər ölümdən qorxduqlarını bildiriblər.

Cümə axşamı axşam saat 19:20-də havaya qalxan 1722 saylı reys Şimali Karolinadakı Şarlot Duqlas Beynəlxalq Hava Limanına doğru gedirdi. Lakin Lonq-Aylend sahillərini keçən kimi JFK Beynəlxalq Hava Limanına yönləndirilib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York və Nyu-Cersi Liman İdarəsinin məlumatına görə, quş Airbus A321 təyyarəsinin mühərrikinə dəyib, ciddi ziyan vurub və mühərriki tamamilə sıradan çıxarıb.

Uçuşunu tək mühərriklə davam etdirən təyyarə təhlükəsiz şəkildə JFK-ya eniş edib. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə quşun mühərrikə dəydiyi an və ondan sonra baş verən partlayış əks olunub.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью