Qütb işıqları ABŞ ın 18 ştatında səmanı işıqlandıracaq

02.09.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 2 sentyabr, AZƏRTAC

Geomaqnit qasırğası səbəbindən yaranan qütb işıqlarının ABŞ-ın bir sıra bölgələrində səmanı işıqlandırması gözlənilir.

AZƏRTAC xəbər verir ki, Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzinin yaydığı məlumata əsasən, ABŞ-ın 18 ştatında kosmosda fırtınadan sonra şəfəq adlanan “işıq şousu" baş verəcək. Montana, Şimali Dakota, Minnesota, Vaşinqton, Cənubi Dakota, Miçiqan, Men, Vermont, Nyu-Hempşir, Aydaho, Alyaska, Oreqon, Nyu-York, İllinoys, Nebraska, Ayova, Vayominq və Viskonsin kimi ştatlarda insanlar şimal işıqlarını görə biləcəklər.

Qütb işıqları “aurora borealis” adlanır. Əsasən qış gecələrində səmada müxtəlif rənglərdə görünən bu işıqlar Günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində əmələ gəlir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью