Quterreş ABŞnin Ukraynaya piyada əleyhinə minaların tədarükünü pisləyib

25.11.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.


ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə Ottava Konvensiyası ilə bütün dünyada qadağan edilmiş piyada əleyhinə minalar tədarük etməsi mülki əhali üçün böyük təhlükə yaradır. 
Missiya.Az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
"Piyada əleyhinə minalar dinc əhali üçün ciddi təhlükə yaradır. Döyüş əməliyyatları dayandırıldıqdan sonra belə, bu dəhşətli silahlar bütün nəsilləri qorxu içində saxlayaraq qala bilər", - beynəlxalq təşkilatın rəhbəri bildirib.
Quterreş həmçinin beynəlxalq qanunlara riayət etməyə və bu tip silahların son dərəcə idarəolunmaz olduğundan onların istifadəsindən imtina etməyə çağırıb.
Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью