Quterreş: BMT də ABŞ və İranın danışıqları mümkündür

16.09.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

BMT-də ABŞ və İran nümayəndələri arasında danışıqların keçirilməsi yalnız hər iki tərəfin istəyi ilə mümkündür.

Moderator.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş mətbuat konfransında TASS-ın sualını cavablandırarkən bildirib.

"Biz yalnız insanların istədiklərini təşkil edə bilərik", - o deyib.

Təşkilatın rəhbəri həmçinin qeyd edib ki, dialoq olmadan Yaxın Şərq böhranının tənzimlənməsi qeyri-mümkündür.

Xatırladaq ki, sentyabrın 8-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb. Sessiya çərçivəsində sentyabrın 22-də yüksəksəviyyəli həftə start götürəcək və dövlət başçıları çıxış edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью