Quterreş BMT də islahatların tərəfdarıdır

13.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

BMT keçmişin reallıqlarını deyil, mövcud geosiyasi şərtləri əks etdirmək üçün islah olunmalıdır.

"Report"un Hindistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu təşkilatın Baş katibi Antonio Quterreş BRICS sammitinə ünvanladığı müraciətdə deyib.

"Bu günün iqtisadi, demoqrafik və geosiyasi reallıqları 1945-ci ildəki vəziyyətdən fərqlənir. Bizim strukturlarımız da bunu əks etdirməlidir", - deyə o bildirib.

Quterreş qeyd edib ki, "bu sammitdə təmsil olunan ölkələr dünyadakı reallıqların nə dərəcədə dəyişdiyinin göstəricisidir. Biz getdikcə daha sürətlə çoxqütblü dünyaya doğru irəliləyirik".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью