Quterreş: BMT TŞ strukturu bugünkü dünyaya uyğun deyil

17.09.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının bugünkü dünya üçün uyğun olmayan struktura malik olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, Şuranın 1945-ci ilin reallıqlarına görə formalaşdığını və bunun həm legitimlik, həm də səmərəlilik problemləri yaratdığını vurğulayıb.

Quterreş xüsusən də böyük insan hüquqları pozuntuları ilə bağlı veto hüququnun məhdudlaşdırılması təkliflərinin gündəmdə olduğunu qeyd edib.

Onun sözlərinə görə, islahat mövzusu artıq Baş Assambleya müzakirələrinin mərkəzindədir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью