Quterreş bu dövlətlərə çağırış etdi

27.02.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Quterreş Pakistanı və Əfqanıstanı dialoqa çağırıb.

“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstan və Pakistan arasında sərhədyanı toqquşmalarla bağlı narahatlığını bildirib və hər iki ölkəni problemləri həll etmək üçün danışıqlara çağırıb. 

Baş katibin sözçüsü Stefan Dujarrik bildirib ki, BMT “Taliban” qüvvələri ilə Pakistan ordusu arasında sərhəddəki toqquşmalarla bağlı xəbərləri narahatlıqla izləyir. 

"Baş katib müvafiq tərəfləri beynəlxalq humanitar hüquq da daxil olmaqla, beynəlxalq hüquq üzrə öhdəliklərə əməl etməyə və mülki şəxslərin qorunmasını təmin etməyə çağırır", - deyə Dujarrik vurğulayıb.

Qeyd edib ki, BMT-nin bir neçə üzv dövləti iki ölkə arasında fikir ayrılıqlarının diplomatik yolla həlli prosesində iştirak edə bilər.

Yunis Abdullayev
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью