Quterreş: İran nüvə silahından imtina edəcəyini bəyan etməlidir

22.01.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, İran regionda vəziyyəti sabitləşdirmək üçün nüvə silahına malik olmaq niyyətindən birdəfəlik imtina etdiyini bəyan etməlidir.

Bizimyol.info xəbər verir ki, o bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Ümid edirəm ki, iranlılar nüvə silahına sahib olmaqdan imtina etdiklərini və eyni zamanda yeni təhlükəsizlik yaratmaq üçün regionun digər ölkələri ilə konstruktiv şəkildə əlaqə saxlamağa hazır olduqlarını birdəfəlik açıqlamağın zəruri olduğunu başa düşəcəklər”, - deyən baş katib vəziyyətin əks istiqamətdə inkişaf edəcəyini və bunun da gərginliyə səbəb olacağını istisna etməyib.

Quterreş həmçinin hesab edir ki, İsrail və ABŞ ilə münasibətləri normallaşdırmaq üçün İran “ilk addımı atmalıdır”. “İran ilk addımı atmalıdır, əks halda eskalasiya riski var”, - deyə o qeyd edib.

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddəti ərəfəsində nüvə silahı yaratmaq cəhdləri ilə bağlı Tehranla silahlı münaqişənin mümkünlüyünü istisna etməyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью