Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
BMT-nin baş katibi Quterreş İsrailin Qətərdə HƏMAS rəsmilərinə sui-qəsd təşkil etməsini qınayıb.
Metbuat.az xəbər verir ki, o, hücumun Qətərin suverenliyini və ərazi bütövlüyünü pozduğunu vurğulayıb. BMT-nin baş katibi qeyd edib ki, bütün tərəflər davamlı atəşkəsin əldə olunmasına diqqət yetirməlidirlər.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada baş verən partlayışlardan sonra İsrail ordusu HƏMAS-ın yüksək rütbəli rəsmilərini hava hücumunda öldürdüyünü açıqlayıb. HƏMAS hərəkatı da hücumda bir neçə yüksəkrütbəli üzvünun öldüyü açıqlayıb.